17 may 15:09idman

Azərbaycanlı ailə İslam Oyunlarından 1 milyon 125 min manat qazandı

Azərbaycanlı ailə İslam Oyunlarından 1 milyon 125 min manat qazandıAzərbaycan yığmasının atıcısı Ruslan Lunyov Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında 5-ci qızıl medalını qazanıb.

Sayperimiz 10 metr pnevmatik tapança ilə atəşdə qarışıq komanda yarışında Nigar Nəsirova ilə birlikdə hamıdan dəqiq olub.

Lunyov-Nəsirovadan ibarət heyət omanlı cütlüyü qabaqlayaraq, yarışı 1-ci pillədə tamamlayıb. Bürünc medala isə İran idmançıları yiyələniblər.

Qeyd edək ki, Lunyovla Nəsirova xalaoğlu-xalaqızıdır. Yarışda birinci yer tutan idmançıya dövlət tərəfindən 150 min manat verildiyindən bu ailənin idmançıları 750 min manat qazanıb. Ruslan Lunyovun məşqçisinin valideyləri olması və yarışda qızıl medal qazanmış idmançının məşqçisinə ümumilikdə 75 min manat verilməsini nəzərə aldıqda bu ailənin ümumi qazancı 1 milyon 125 min manata çatıb.

apasport
loading...
Reklam
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ
Dünən, 11:01