14 may 07:56idman

Zabit Səmədov növbəti qələbəsini qazanıb - VİDEO

Zabit Səmədov növbəti qələbəsini qazanıb - VİDEOAzərbaycanın məşhur kikboksçusu Zabit Səmədov növbəti görüşünü keçirib.

33 yaşlı idmançı belçikalı Məhəmməd Malik Sinistra ilə üz-üzə gəlib.

Gebze İdman Sarayında baş tutan qarşılaşma Zabitin 2-ci raundda qazandığı qələbəsi ilə yekunlaşıb. Rəqib ikinci raundda sağ ayağından aldığı ciddi zədə üzündən döyüşü davam etdirə bilməyib. Və hakim qarşılaşmanı Z.Səmədovun xeyrinə dayandırıb.

Döyüşdən sonra Zabit Səmədov rəqibi haqqında bunları bildirib: “Sinistra son 2 il ərzində mənimlə döyüşmək istəyirdi. Hətta bununla bağlı mənə məktub da yazmışdı. Bir iki döyüşünü izlədim. İkinci raunddan artıq rinqdə qala bilməyəcəyinə əmin idim”.
loading...
Reklam
XƏBƏR LENTİ
22-07-2017, 11:12