09 may 09:25idman

ÇL, 12 final: İlk finalçı bu axşam bilinəcək

ÇL, 12 final: İlk finalçı bu axşam bilinəcəkBu gün futbol üzrə Çempionlar Liqasında ilk finalçı müəyyənləşəcək.

“Yuventus” və “Monako” Turində üz-üzə gələcək.

Səfərdə keçirilən ilk qarşılaşmada rəqibini 2 cavabsız qolla məğlub edən “Qoca sinyora” həlledici görüşə vəsiqə qazanmağa daha yaxındır. İtaliya təmsilçisi Fransada əldə etdiyi üstünlüyü qoruyacağı halda tarixində 9-cu dəfə kubok uğrunda görüşdə iştirak edəcək. Knyazlıq komandası isə sürpirzə imza atmaqla, 2-ci dəfə finalçı ola bilər.

Qeyd edək ki, digər finalçı mayın 10-da keçiriləcək “Atletiko” (İspaniya) - “Real” (İspaniya) qarşılaşmasında bəlli olacaq. Turnirin son qalibi olan “Kral klubu” ilk matçda rəqibini 3:0 hesabı ilə məğlub edib.

Çempionlar Liqası. Yarımfinal, cavab oyunu

9 may

22:45. “Yuventus” (İtaliya) – “Monako” (Fransa)

Baş hakim: Born Keypers (Hollandiya)

Turin. “Yuventus Stedium”
loading...
XƏBƏR LENTİ