22 apr 11:20idman

Milli Qəhrəmanımızın adına idman klubu açılır - Bakıda

Milli Qəhrəmanımızın adına idman klubu açılır - BakıdaBakıda Azərbaycan Milli Qəhrəmanı Murad Mirzəyevin adına kikboksinq idman klubu açılacaq.

Avrasiya.net-in məlumatına görə, Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyevin dəstəyi ilə aprel hadisələri zamanı şəhid olan Azərbaycanın Milli Qəhrəmanı, polkovnik-leytenant Murad Mirzəyevin adına kikboksinq klubu açılır.

Mayın 15-də S.Rəhimov küçəsində (köhnə "Jalə Palase"də) planlaşdırılan idman klubunun açılışında bir sıra idman federasiya rəhbərləri ilə yanaşı, media nümayəndələri də iştirak edəcəklər.

İdman klubunun rəhbəri Ümumrusiya Azərbaycan Konqresinin Saxalin vilayəti üzrə regional bölməsinin sədri Nazir Hətəmov, baş məşqçi isə Kikboksinq Federasiyasının nümayəndəsi Pərvin Hüseynovdur.

Milli Qəhrəmanımızın adına idman klubu açılır - BakıdaP.Hüseynov saytımıza verdiyi açıqlamasında bildirib ki, cənab prezident İlham Əliyev başda olmaqla Azərbaycan idmanına qayğı və diqqət ildən-ilə artır: "Bunun nəticəsidir ki, Azərbaycan idmançıları müxtəlif beynəlxalq yarışlarda bayrağımızı yüksəkliklərə qaldırıblar. Bu gün Azərbaycan dünyada həm də idman ölkəsi kimi tanınır və qəbul edilir. Bir kikboksinq kimi Federasiyamızın prezidenti, hörmətli millət vəkilimiz Adil Əliyevin də xidmətlərini qeyd etməliyəm. Bu idman növündə də daim irəliləyirik. Adil Əliyevin dəstəyi ilə Bakı və rayonlarında, ölkənin müxtəlif bölgələrində idman klubları açılır. Bu klublarda peşəkarlarla yanaşı, vətənpərvər idmançılar da yetişdirilir".

P.Hüseynov onu da qeyd edib ki, Murad Mirzəyev kimi qəhrəmanlarımızın adını daşıyan idman klublarının yetişdirmələri qəhrəmanlarımız kimi şücaətli və qorxmaz olmalıdırlar: "Biz bu məqsəd və amal uğrunda fəaliyyət göstərməliyik".
loading...
XƏBƏR LENTİ
Dünən, 15:42
Dünən, 09:47