25 mar 20:46idman

Almaniya ilə oyuna sabah millimiz bu heyətlə çıxacaq

Almaniya ilə oyuna sabah millimiz bu heyətlə çıxacaqFutbol üzrə Azərbaycan milli komandasının Almaniya yığması ilə keçirəcəyi 2018-ci il dünya çempionatının seçmə qrup matçı üçün heyəti müəyyənləşib.

Bu barədə millinin baş məşqçisi Robert Prosineçki oyunöncəsi mətbuat konfransında açıqlama verib.

Xorvatiyalı mütəxəssis ilk dəqiqələrdən Kamran Ağayev - Məhəmməd Mirzəbəyov, Rəşad Sadıqov, Bədavi Hüseynov, Pavel Paşayev, Cavid Hüseynov, Qara Qarayev, Rahid Əmirquliyev, Əfran İsmayılov, Dmitri Nazarov və Ramil Şeydayev "11-liy"inə güvənəcəyini bildirib.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan - Almaniya matçı saat 20:00-da başlanacaq.
loading...
XƏBƏR LENTİ
Bu gün, 15:30