09 yan 11:17idman

Azərbaycanda klub prezidenti həbs olundu

Azərbaycanda klub prezidenti həbs olunduFutbol üzrə Azərbaycan çempionatının I Divizionunda çıxış edən “Şərurspor”un prezidenti Sərdar Bağırov saxlanılıb.

Avrasiya.net “Futbol+” qəzetinə istinadən xəbər verir ki, iş adamı vergidən yayınmaqda ittiham olunur.

O, hazırda Kürdəxanı müvəqqəti saxlama təcridxanasındadır. Vəkilləri Bağırovun heç-bir qeyri-qanuni işlə məşğul olmadığı, qanunlar çərçivəsində fəaliyyət göstərdiyi barədə sənədlər hazırlayıb məhkəməyə vermək üzərində çalışırlar.

Klub prezidenti günahının olmadığını sübuta yetirə bilsə yaxın günlərdə azadlığa buraxıla bilər.
Reklam
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ
28-04-2017, 15:26