XƏBƏR LENTİ

27-02-2017 20:32 MN: Əsgərin həlak olması barədə məlumat yalandır - VİDEO 27-02-2017 20:24 ATGTİ-nin həyata keçirdiyi “Qarabağ mətbəxi” layihəsi başa çatdı 27-02-2017 19:37 Diktator 5 nəfəri raketlə öldürdü - QORXUNC İDDİA 27-02-2017 19:34 Trampın devrilməsi üzrə 10 maddəlik PLAN 27-02-2017 19:13 Narkoloji Dispanserin Baş həkimi həbs edilib - Rüşvətə görə 27-02-2017 16:56 Şəhid əsgərlərimizin nəşi götürüldü - MN 27-02-2017 16:35 Paşazadələrin şərikinin məhkəməsi yekunlaşır: Şeyxin oğlu 173 min, deputatın kürəkəni 173 min... 27-02-2017 16:20 Habil Vəliyevin qardaşı oğluna hökm oxundu -10 il! 27-02-2017 16:11 Bakıda iki nəfər özünü öldürmək istədi 27-02-2017 15:26 Şimali Koreya liderinin qardaşını nazirliyin işçiləri öldürüb - Şok ittiham 27-02-2017 15:14 Sabiq müdafiə naziri xaricdə xəstəxanaya yerləşdirildi 27-02-2017 14:44 Martda 14 gün iş olmayacaq 27-02-2017 14:34 Zabil Müqabiloğlu dəfn edildi 27-02-2017 14:26 Asia Maione Cozzolino İnstaqram hesabında soyqırımı qınayıb 27-02-2017 14:00 İsa Qəmbərlə Arif Hacılı Baş prokurorluqdadır 27-02-2017 13:57 Türkiyə müdafiə nazirinin kortejinə silahlı hücum edildi 27-02-2017 13:33 Bakıda Mikayıl Müşfiqin abidəsini dağıdıblar? - FOTO 27-02-2017 13:03 Boğazında dərman qalan 3 yaşlı körpə öldü 27-02-2017 13:02 Ramil Usubovdan yeni - Təyinat 27-02-2017 12:40 Ordumuz erməni postunu belə məhv etdi - VİDEO 27-02-2017 12:37 ABŞ PKK-ya 38 milyon dollarlıq silah verib 27-02-2017 12:19 Azərbaycanda Sarkisyan haqqında yeni CİZGİ FİLMİ çəkildi – VİDEO 27-02-2017 11:59 Gülən qaçmaq istədi, Türkiyə qarşısını aldı 27-02-2017 11:45 Casus imamlar –Ərdoğanın Avropadakı cübbəli desantı – Təhlil 27-02-2017 11:41 Mehriban Əliyeva “Rossiya 1” telekanalına müsahibə verib 27-02-2017 10:57 Zabil Müqabiloğlu dünyasını dəyişdi 27-02-2017 10:51 Qoğal satan kişi dispetçerin qulağını kəsdi 27-02-2017 10:50 54 yaşlı kişi özünü zəncirlə asdı 27-02-2017 10:49 Cəbhədə gərginlik davam edir - Döyüş toqquşmasında qarşı tərəf itki verib 27-02-2017 10:48 330 polis cəzalandırılıb 27-02-2017 10:47 Şəhid hərbçilərimizin adları açıqlandı 26-02-2017 22:12 "Xocalıdakı qətliam bəşər tarixinin ən dəhşətli cinayətlərindəndir" 26-02-2017 20:38 Xocalı soyqırımını rəsmən tanıyan ölkə və ştatların - SİYAHISI 26-02-2017 20:27 Peşə yönümlü Təhsilə Yardım İctimai Birlik yaradılıb 26-02-2017 19:27 Ara Papyan: "Ermənistan aydın anlayır ki, müharibə Stepanakertin üstündəki bayrağın dəyişməsi ilə qurtaracaq" 26-02-2017 17:46 Baloğlan Əşrəfova ağır itki 26-02-2017 17:44 Azərbaycan erməni raketlərindən necə qorunacaq? 26-02-2017 17:30 Erməni ziyalılarının dəhşətli Xocalı soyqırımı etirafları - FAKTLAR 26-02-2017 17:25 Tanınmış jurnalist komaya düşdü 26-02-2017 17:22 İsraildə atışma: Soydaşımız yaralandı 26-02-2017 11:57 İlham Əliyev “Xocalı” abidəsini ziyarət etdi 26-02-2017 11:55 İraqda İŞİD qurbanlarının ən iri kütləvi məzarlığı aşkarlandı 26-02-2017 10:12 DADP Xocalı soyqırımını andı - FOTOLAR 26-02-2017 10:05 Bakıda Azərbaycan prezidentinin iştirakı ilə "Xocalı yürüşü" keçirilir 26-02-2017 10:01 Xocalı soyqırımı Kürdüstanın Ərbil şəhərində keçirilən konfranslarda qaldırılıb 26-02-2017 09:48 Xocalıdakı son toy - Foto 26-02-2017 09:43 Ermənistan ordusunun itkiləri: 2000 əsgər - Gizlədilən məlumatlar ortaya çıxdı 26-02-2017 09:39 Azərbaycan 7 rayonu azad edə bilər - Şoden 26-02-2017 09:37 Xocalı faciəsinin 25-ci il dönümüdür 25-02-2017 21:15 70 erməni öldürülüb, 300-ü yaralanıb - Artuyunyan 25-02-2017 20:12 Xanım səfiri hava limanında zorla soyundurdular 25-02-2017 19:15 Ermənistan silahlı qüvvələrinin atəş nöqtəsi məhv edilib - Düşmən itki verib + VİDEO 25-02-2017 19:13 Əflatun Amaşovdan cəbhədəki vəziyyətlə bağlı KİV-ə - Çağırış 25-02-2017 17:30 Şirvanda məktəbdə dəhşətli hadisə - 9-cu sinif şagirdi 3-cü sinif şagirdini zorladı 25-02-2017 15:05 Hərb Tarixi Muzeyində Xocalı faciəsinin anım tədbiri keçirilib 25-02-2017 14:57 İran Azərbaycanda ticarət mərkəzi açacaq



Alpaqut döyüş sənəti üzrə beynəlxalq bahadur oyunlarının açılış mərasimi keçirildi - FOTO+VIDEO

27-12-2016 21:52idman
Alpaqut döyüş sənəti üzrə beynəlxalq bahadur oyunlarının açılış mərasimi keçirildi - FOTO+VIDEOTürk dünyasının böyük şairi Zəlimxan Yaqubun xatirəsinə həsr olunmuş alpaqut döyüş sənəti üzrə beynəlxalq bahadur oyunlarının açılış mərasimi keçirilib. Sumqayıt Olimpiya İdman Mərkəzində keçirilən tədbirə millət vəkilləri, tanınmış idmançılar və ziyalılar qatılıblar.

Qeyd edək ki, "Turan savaşçıları" devizi altında keçirilən beynəlxalq yarış Dünya Alpaqut Federasiyası və Azərbaycan Alpaqut Federasiyasının birgə təşkilatçılığı ilə gerçəkləşib.

Yarışda Azərbaycan, Türkiyə, Türkmənistan, Qazaxıstan, Özbəkistan, Rusiya, Gürcüstan, Pakistan idmançıları öz güclərini sınayıblar.
Açılış mərasimini çıxış sözü ilə açan millət vəkili, Dünya Alpaqut Federasiyasının prezidenti Nizami Cəfərov alpaqut idman növünün yarandığı dövrlərə diqqət çəkib: "Qısa zaman ərzində bu qədər iş görmək, tanınmaq, uğur qazanmaq asan deyil. Bu idman növünü yaradan, təbliğ edən gənclər türk tarixinin, döyüş sənətinin dünyaya yayılmasında böyük iş görüblər. İnanıram ki, daha da inkişaf edərək bütün dünyada önəmli idman növündən birinə çevriləcək. Bu günkü yarışın türk dünyasının böyük şairi Zəlimxan Yaqubun xatirəsinə həsr olunması da əlamətdardır. Çünki Zəlimxan Yaqub yaradıcılığında türkçülük öməmli yer tutur. Həmçinin bu gün ölkə başçısının da doğum günüdür. Ona uzun ömür, möhkəm can sağlığı arzulayıram".

Alpaqut döyüş sənəti üzrə beynəlxalq bahadur oyunlarının açılış mərasimi keçirildi - FOTO+VIDEOMillət vəkili Qənirə Paşayeva isə alpaqut idman növünün gənclərin sağlam ruhda böyüməsi üçün əhəmiyyətli olduğunu vurğulayıb: "Alpaqut türkün xarakterini, ruhunu əks etdirən idman növüdür. Türkün döyüşkənliyini göstərən idman növüdür. Gənc nəslin sağlam, vətənpərvər böyməsində böyük rolu var. Çünki alpaqut fiziki sağlamlıqla yanaşı, ruhi, mənəvi sağlamlıq da aşılayır".

Alpaqut Federasiyasının prezidenti Aqil Acalov isə belə bir mötəbər yarışın keçirilməsinin onların üzərinə böyük məsuliyyət qoyduğunu qeyd edib, həmçinin alpaqut idman növü barədə geniş məlumat verib: "Bu gün cənab prezidentin doğum günüdür. İlham Əliyev cənabları Azərbaycan idmanının inkişafına çox geniş şərait yaradıb. İdmançılarımızın uğurlarının təməlində ölkəmizdə idmana olan qayğının böyük rolu var. Bu səbəbdən yarışın açılış mərasimini məhz bu gün keçirmək qərarına gəldik. Yarışın türk dünyasının böyük şairi Zəlimxan Yaqubun xatirəsinə həsr olunması da əbəs deyil. Zəlimxan Yaqub doğma türkçəmizdə yazan, dilimizi yaşadan əsl türkçü idi. Zəlimxan Yaqub canlı tarix idi, dünənlə bu günün, keçmişlə gələcəyin körpüsü idi". Aqil Acalov alpaqut idman növünün inkişafında göstərdiyi xidmətlərə görə diplomla təltif olunub. Türk döyüş sənəti araşdırmaçısı Azər Həsənsoy isə "toroman" titulu ilə təltif olunub.

Alpaqut döyüş sənəti üzrə beynəlxalq bahadur oyunlarının açılış mərasimi keçirildi - FOTO+VIDEOXalq şairi Zəlimxan Yaqubun hələ sağlığında türkçülüyə, alpaqutun inkişafına göstərdiyi xidmətlərə görə diplomla təltif olunsa da, sağlığında uzun sürən xəstəliklərdən dolayı diplomu təqdim etmək qismət olmamışdı. Şairin diplomu qardaşı Bəhram Yaquba təqdim olunub. Xalq şairinin ailə üzvlərinin də iştirak etdiyi açılış mərasimində çıxış edən Bəhram Yaqub belə bir möhtərəm tədbirin qardaşının xatirəsinə həsr olunduğuna görə minnətdarlığını bildirib: "Bu gün bu tədbirin, bahadur oyunlarının, turan savaşçılarının cəng meydanının türkün böyük şairinin xatirəsinə həsr olunması ailə üzvləri olaraq bizi çox qürurlandırır. Zəlimxan Yaqub xalqın içərisindən olan, həyatını xalqa bağlayan əsl xalq şairi idi.

Zəlimxan Yaqub vətəndaş-şair idi, içindəki vətən yanğısı, vətən sevgisi ilə sinəsi sözlə dolu idi".

Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri, dünya və olimpiya çempionu Fərid Mansurov isə çıxış edərək alpaqut idman növünün bütün çətinliklərə baxmayaraq, yüksək səviyyədə inkişafının təqdirəlayiq olduğunu vurğulayıb.

Alpaqut döyüş sənəti üzrə beynəlxalq bahadur oyunlarının açılış mərasimi keçirildi - FOTO+VIDEOBahadur oyunlarında modelyer-dizayner, sənətşünaslıq namizədi Gülnarə Xəlilova, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvləri Anar Xəlilov və Nərgiz Xələf, Aşıqlar Birliyinin katibi Musa Nəbioğlu, tanınmış idmançılar Rəsul Cunayev, Eduard Məmmədov, Ramal Aslanov, Kikboksinq Federasiyasının vitse-prezidenti Səbuhi Rəcəb və başqaları qonaq qismində iştirak ediblər.

Tədbirin rəsmi hissəsinin sonunda çıxış edən beynəlxalq dərəcəsi idman ustası, türk döyüş sənətləri üzrə araşdırmacı, Alpaqut döyüş sənətinin müəllifi Kutsan Vasif Namazov isə bu idman növünün yarandığı gündən bugünə qədər keçirilən beynəlxalq yarışlar barədə məlumat verərək indiyədək 6 beynəlxalq turnirin yüksək səviyyədə keçirildiyini vurğulayıb: "Biz ilk dəfə bu yola başlayanda ətrafımızda çox az insan vardı. Bu gün isə ölkəmizdə də, dünyada da alpaquta maraq göstərənlər, bizə dəstək olan insanlar artıb. Bu gün dünyanın 15 ölkəsində nümayəndəliyimiz fəaliyyət göstərir".

180-ə yaxın idmançının qatıldığı beynəlxalq bahadur oyunlarında 1-ci yerdə Azərbaycan, 2-ci yerdə Türkmənistan, 3-cü yerdə isə Gürcüstan qərarlaşıb.

Ən çox oxunan

Qanuni oğru Masallı Rafiqin dəhşətli döyülmə anı – ŞOK VİDEO/23+
Qanuni oğru Masallı Rafiqin dəhşətli döyülmə anı – ŞOK VİDEO/23+
Azərbaycanlı milyarderin ŞOK fotoları yayıldı - FOTOLAR (+ 18)
Azərbaycanlı milyarderin ŞOK fotoları yayıldı - FOTOLAR (+ 18)
13 yaşlı qızın girovluqda başına gətirilən dəhşətlər - VİDEO
13 yaşlı qızın girovluqda başına gətirilən dəhşətlər - VİDEO
18 yaşlı azərbaycanlı terrorçu Həmzə Əliyev haqqında sensasion məlumatlar - FOTOLAR
18 yaşlı azərbaycanlı terrorçu Həmzə Əliyev haqqında sensasion məlumatlar - FOTOLAR
Gəncədə kollec müdiri belə həbs edildi - VİDEO
Gəncədə kollec müdiri belə həbs edildi - VİDEO
Rafael Cəbrayılov: “Xalqa məxsus olan dövləti məmur layiqincə təmsil etməlidir”
Rafael Cəbrayılov: “Xalqa məxsus olan dövləti məmur layiqincə təmsil etməlidir”
Azərbaycanlı müğənni lüt soyunmağa razı oldu - FOTOLAR
Azərbaycanlı müğənni lüt soyunmağa razı oldu - FOTOLAR
70 erməni öldürülüb, 300-ü yaralanıb - Artuyunyan
70 erməni öldürülüb, 300-ü yaralanıb - Artuyunyan
Afaq Aslan yenə bədənini nümayiş etdirdi: “Baxın, hər yerim təbiidir” – VİDEO
Afaq Aslan yenə bədənini nümayiş etdirdi: “Baxın, hər yerim təbiidir” – VİDEO
Elza Seyidcahandan yeni şeir: “Soyunsun mənim kimi...”
Elza Seyidcahandan yeni şeir: “Soyunsun mənim kimi...”