26 dek 18:28idman

"Onun Azərbaycana qayıtmasına razı olmaram" - Kamran Ağayevin atası

"Onun Azərbaycana qayıtmasına razı olmaram" - Kamran Ağayevin atası "Kamran deməyib ki, atam üçün darıxdığıma görə Azərbaycana qayıdacam. Düzü, ata-oğul kimi bir-birimizə çox bağlıyıq. Məncə, eyni hisslər bütün normal ailələrdə yaşanır. Hansı ağlı başında olan övlad valideyni və valideynlər övladını istəmir? Kamran bir neçə ay ölkə xaricində olduğundan mənim üçün darıxdığını dilə gətirib ki, onun söylədikləri başqa cür yozulub".

Bu sözləri "Boavişta"nın qapıçısı Kamran Ağayevin atası Adil Ağayev "Futbol +"a oğlunun Azərbaycana qayıdacağı iddialarına münasibət bildirərkən deyib.

O, müqaviləsi olduğu üçün oğlunun ən azı mövsümün sonuna kimi "Boavişta"nın şərəfini qoruyacağını söyləyib:

"Bununla bağlı heç kimdə şübhə olmasın. Portuqaliya klubunun baş məşqçisi onun xətrini çox istəyir, güvənir, daim əsas heyətdə oynadır. Belə olan halda Kamran niyə Azərbaycana qayıtsın ki? Heç mən də onun geri qayıtmasına razı olmaram. Qolkiper üçün yaşı çox da deyil. Orda özünü yaxşı tərəfdən göstərməyi bacarıb, daha iddialı klubların diqqətini cəlb edə bilər.

Yazırlar ki, Kamran "Neftçi" ilə müqavilə bağlayacaq. Bu, doğru deyil axı. Çünki o uzun illər "Xəzər Lənkəran"ın şərəfini qoruyub. Bu iki klubun azarkeşlərinin bir-birinə münasibəti hamıya məlumdu. Sabah bir uğursuz qarşılaşma olsa, "Neftçi" fanatları istər-istəməz bu məqamı qabardıb, ona əlavə psixoloji problmemlər yaradacaqlar. Fikrim var, yanvardan sonra Kamranın yanına gedəm. Mən orda olsam, yəqin ki, darıxmayacaq, bütün fikrini futbola yönəldəcək. Bir ata kimi istəyirəm ki, onun səsi-sorağı Avropanın aparıcı klublarından gəlsin".
Reklam
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ
28-04-2017, 15:26