12 okt 10:04hadise

25 yaşlı oğlan iş adamını güllələdi

25 yaşlı oğlan iş adamını güllələdiAbşeron rayonunda qətl törədilib.

Rayon prokurorluğundan verilən xəbərə görə, Qobu qəsəbəsində qəsəbə sakini, 1975-ci il təvəllüdlü Rövşən Rafiq oğlu Abbasov odlu silahla qətlə yetirilib. Keçirilən əməliyyat tədbirləri nəticəsində hadisəni qəsəbə sakini, 1991-ci il təvəllüdlü Tural Zakir oğlu Əlizadənin törətdiyi müəyyənləşib. Şübhəli şəxs qismində saxlanılan T. Əlizadədən hadisə zamanı istifadə etdiyi “Vinçester” markalı silah götürülüb.

Qətli şəxsi münaqişə zəminində törədildiyi bildirilir. Faktla bağlı cinayət içi başlanıb, araşdırma aparılır.

Öldürülən şəxsin qəsəbədə iş adamı olduğu qeyd olunub.

APA.az
loading...
REKLAM
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ