10 sen 11:13hadise

Lənkəranda ağır qəza: 5 nəfər ölüb, 5 nəfər yaralanıb – SİYAHI

Lənkəranda ağır qəza: 5 nəfər ölüb, 5 nəfər yaralanıb – SİYAHILənkəran rayonunda baş verən ağır yol qəzasında ölən və yaralananların adları məlum olub.
“Report”un Cənub bürosunun məlumatına görə, hadisə zamanı 5 nəfər ölüb, 5 nəfər yaralanıb.

Hadisə zamanı ölən 4 nəfər Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anotomiya Birliyinin Lənkəran rayon bölməsinə gətirilib.
Ölənlər – sürücü Bəxtiyar Quliyev, sərnişinlər Əzizə Quliyeva, Bahar Bağırova, Nazilə Seyfullayeva, Reyhan Mahmudova (xəstəxanada dünyasını dəyişib).
Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir.
Yaralılar – Elşən Ağazadə, Akif Nuriyev, Elvin Mirzəzadə.
Yaralılardan ikisinin adı hələlik müəyyənləşməyib.
Qeyd edək ki, hadisə bu gün səhər saatlarında Lənkəranın Boladi kəndi ərazisində olub. Belə ki, “VAZ-2106″ və “Mercedes” markalı minik avtomobilləri toqquşub. Hadisənin dəqiq səbəbləri avtotexniki ekspertizanın rəyindən sonra məlum olacaq.
Faktla bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb.
loading...
REKLAM
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ