03 sen 12:45hadise

29 yaşlı Gəncə sakini toyda ürəyindən bıçaqlanıb

29 yaşlı Gəncə sakini toyda ürəyindən bıçaqlanıbGəncədə toyda 29 yaşlı kişi ürəyindən bıçaqlanıb.

“Kəpəz TV” xəbər verir ki, hadisə dünən axşam saatlarında şəhərin Təbriz küçəsində yerləşən şənlik evində baş verib.

Gəncə sakini 29 yaşlı Ramal İsgəndərov Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının cərrahiyyə şöbəsinə gətirilib.

Həkim Etibar Abbasov bildirib ki, xəstə təcili əməliyyata götürülüb, ağ ciyər və ürəyin yaralanması aşkarlanıb: “Yaralar tikilib, qanaxma dayandırılıb, xəstənin hazırda müalicəsi reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti keçirilən əməliyyat uyğun ağırdır”.

İlkin məlumata görə, zərəçəkmiş toy mərasimində yaranan mübahisə zəminində bıçaqlanıb. Faktla bağlı araşdırma aparılır.
loading...
REKLAM
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ