20 avq 07:52hadise

Yanacaqdoldurma məntəqəsində dava - Mühafizəçi döyüldü

Yanacaqdoldurma məntəqəsində dava - Mühafizəçi döyüldüDünən axşam saatlarında Gəncə şəhərində yerləşən yanacaqdoldurma məntəqələrindən birində kütləvi dava olub, mühafizəçilərdən biri döyülüb.

Publika.az Report-a istinadən xəbər verir ki, hadisə şəhərin Nizami rayonu ərazisində qeydə alınıb.

Tovuz rayonunun Əyyublu kənd sakini Elşad Mirzəyev kəllə-beyin, sifətin və üzün əziyi yaraları ilə Gəncə şəhər TTYX-nın Travmatologiya şöbəsinə yerləşdirilib. Həkimlər xəstənin vəziyyətini orta ağır qiymətləndirirlər.

Məlumata görə, 26 yaşlı gənc Gəncənin Şah İsmayıl Xətai prospektində yerləşən yanacaqdoldurma məntəqəsində mühafizəçi işləyir və o, elə operator vəzifəsində çalışan iş yoldaşları tərəfindən döyülüb.

Faktla bağlı Gəncə polisi araşdırma aparır.
loading...
Reklam
XƏBƏR LENTİ