20 iyl 17:12hadise

Özünü yandıran gənc 40 yaşlı qadını sevirmiş - Təfərrüat

Özünü yandıran gənc 40 yaşlı qadını sevirmiş - Təfərrüatİsmayıllı Rayon Prokurorluğu sevdiyi qıza görə özünü yandıran gəncin intihar olayına aydınlıq gətirib.

Prokurorluqdan AzNews.az-a verilən məlumata görə, Elnur Dəmirov İsmayıllı xəstəxanasında olanda polisə izahat verib və manqalın üstünə yıxılıb yandığını deyib: “Burada vəziyyəti ağırlaşdı, Bakıya apardılar. Vəziyyəti pis olsa da, ağlı başında idi, danışırdı. Dedi ki, özünü öldürmək kimi bir niyyəti olmayıb”.

Prokurorluqdan onu da əlavə ediblər ki, E.Dəmirovun sevdiyi qızı ona verməmələri ilə bağlı yayılan məlumatlar şayiədir: “Orada başqa məsələlər var. Elnur bir qadına vurulub, onun da 40 yaşı var. Həmin qadının da Elnur boyda uşağı var. Elçiliklə bağlı yayılan məlumatlar hələki təsdiqini tapmayıb. Bütün bunlar araşdırılacaq və onun yanmasının əsl səbəbi sonra bilinəcək”.

Qeyd edək ki, İsmayıllı rayonunda intihar hadisəsi baş verib. Rayon sakini 29 yaşlı Elnur Dəmirov özünü yandıraraq həyatına qəsd edib. Ağır yanıq xəsarətləri alan gənc Respublika Yanıq Mərkəzinə gətirilib. Vəziyyəti ağır olduğundan onun həyatını xilas etmək mümkün olmayıb.
loading...
XƏBƏR LENTİ