16 iyl 14:24hadise

Biləsuvarda ata oğlunu güllələyib

Biləsuvarda ata oğlunu güllələyibBu gün səhər saatlarında Biləsuvar şəhəri Puşkin küçəsindəki evlərdən birində güllələnmə hadisəsi baş verib.

Virtualaz.org saytının Şirvan bürosunun əldə etdiyi məlumata görə, 76 yaşlı rayon sakini Qərib Xanhüseynov ailə münaqişəsi zəminində oğlu, 1977-ci ildə anadan olmuş Xəqani Xanhüseynova ov tüfəngindən atəş açıb.

Ayaq nahiyəsindən xəsarət almış yaralı Biləsuvar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda cinayət işi qaldırılıb.
loading...
Reklam
XƏBƏR LENTİ
15-08-2017, 10:51