08 fev 19:43hadise

Babası 16 yaşlı nəvəsinin cinsiyyət orqanını kəsdi - Bacısına sataşdığı üçün

Babası 16 yaşlı nəvəsinin cinsiyyət orqanını kəsdi - Bacısına sataşdığı üçünAğdamda babanın 16 yaşlı nəvəsini qətlə yetirməsinin təfərrüatları məlum olub.

Avrasiya.net APA-ya istinadən xəbər verir ki, Ağdam rayonunda araşdırma aparan Binəqədi rayon prokurorluğunun əməkdaşlarının şübhəli şəxs qismində saxladığı Rafiq Bayramov törətdiyi cinayəti etiraf edib.

R. Bayramov izahatında qeyd edib ki, nəvəsi Tural Bayramovu bacısına sataşdığı üçün qətlə yetirib.

Ağdam Rayon Polis Şöbəsindən verilən xəbərə görə, bu gün rayonun Çəmənli kənd qəbiristanlığında dəfn olunmuş T. Bayramovun meyiti eksqumasiya edilib. Tibbi ekspertiza zamanı T. Bayramovun qulaq, burun, dodaq və cinsiyyət orqanının kəsildiyi məlum olub.
loading...
Reklam
XƏBƏR LENTİ
19-08-2017, 16:03