15 may 17:02hadise

Azərbaycanda 93 yaşlı kişi özünü bıçaqladı

Azərbaycanda 93 yaşlı kişi özünü bıçaqladıŞəmkir rayonunda intihara cəhd hadisəsi baş verib.

Rayonun Polis İdarəsindən verilən məlumata görə, hadisə Şiştəpə kəndində qeydə alınıb. Kənd sakini, 1933-cü il təvəllüdlü Zaman Əhməd oğlu İbadullayev özünə qarın və qol nahiyələrindən bıçaq zərbələri endirib. Onu dərhal ağır vəziyyətdə Şəmkir Mərkəzi Rayon Xəstəxanasına çatdırıblar.

83 yaşlı kişinin üzərində cərrahiyyə əməliyyatı aparılıb, vəziyyətinin orta ağır olduğu bildirilir.

Zaman Abdullayevin psixoloji problemləri olduğu üçün belə bir addım atdığı ehtimal edilir. Ancaq dəqiq səbəb aparılan araşdırmalardan sonra məlum olacaq.

Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma aparılır.

Oxşar hadisə bir neçə gün əvvəl Gəncə şəhərində də baş verib. Şəhər sakini 1960-cı il təvəllüdlü Ramiz Həsən oğlu Həsənov qarnının kəsilmiş deşilmiş yarası xəsarəti ilə xəstəxanaya çatdırılıb. 55 yaşlı kişinin bıçaqla özünə xəsarət yetirdiyi bildirilirdi. Məlumata görə, kişi bir neçə gün əvvəl işdən azad edilib və buna görə də belə bir addım atıb. (Ans)
loading...
REKLAM
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ