15 may 08:09hadise

Naxçıvanda atışma - Bir erməni muzdlu əsgər öldürülüb

Naxçıvanda atışma - Bir erməni muzdlu əsgər öldürülübMay ayının 12-də Ermənistan silahlı bölmələri Naxçıvan sərhədində təxribat törətdikdən sonra yenidən həmin istiqamətdə atəşkəsi pozub.

ANS PRESS-in məlumatına görə, Azərbaycan Silahlı Qüvvələri qarşı tərəfin atəş nöqtələrinə cavab zərbələri endirib.

Ermənistan Müdafiə Nazirliyi bildirir ki, bir neçə saat əvvəl Azərbaycan və Ermənistan qoşunlarının Naxçıvan istiqamətindəki təmas xəttində (Ermənistanın Vayots-Dzor rayonu) erməni muzdlu əsgər öldürülüb.

Sputnikarmenia Ermənistan MN-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, öldürülən 25 yaşlı əsgər Aram Ohanyan snayperlə vurulub.

Yuxarıda qeyd etdiymiz kimi mayın 12-də qoşunların təmas xəttində əldə edilən razılaşmaya baxmayaraq erməni tərəf atəşkəs rejimini pozaraq Azərbaycan-Ermənistan dövlət sərhədində növbəti dəfə təxribat törədib.

Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumata görə, Silahlı Qüvvələrimizin Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu ərazisində yerləşən mövqeləri mayın 12-də saat 10.30-da Ermənistanın Yexeqnadzor rayonu ərazisindəki mövqelərdən atəşə tutulub.

Ermənilərin təxribatı nəticəsində bir nəfər hərbi qulluqçumuz əsgər Quluzadə Yusif Eldar oğlu yüngül yaralanıb. Hərbi qulluqçumuza lazımi tibbi yardım göstərilib, həyati təhlükəsi yoxdur.

Əlahiddə Ümumqoşun Ordusunun həmin istiqamətlərdə yerləşən bölmələrinin dəqiq cavab atəşi ilə düşmən susdurulub.

Bildiririk ki, düşmən təxribatlarının nəticəsi olaraq baş verənlərə görə bütün məsuliyyət Ermənistanın kriminal hərbi-siyasi rejiminin üzərinə düşür.
loading...
XƏBƏR LENTİ
22-06-2018, 15:27