25 apr 21:06hadise

Salyanda ağır qəza: 9 nəfər yaralandı

Salyanda ağır qəza: 9 nəfər yaralandıSalyan rayonunda yol qəzası baş verib.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, “QAZel” markalı yük maşını ilə rayonun Noxudlu kəndi ərazisində“Mersedes” markalı avtomobil toqquşub. Nəticədə 7 nəfər xəsarət alıb.

Bunlar Salyan rayon sakinləri - 1999-cu il təvəllüdlü Kərimov Bilal Nazir oğlu, 1962-ci il təvəllüdlü Əmənova Əzizə Əmir qızı, 1978-ci il təvəllüdlü İsmayılov Zaur Adil oğlu, 1979-cu il təvəllüdlü Muradov Elməddin Yuris oğlu, Cəlilabad Rayon sakinləri - 1981-ci il təvəllüdlü Hüseynov Əzizağa Məmmədağa oğlu, 1952-ci il təvəllüdlü Soltanov Məmmədqulu Hatəm oğlu, Bakı şəhər sakini, 2001-ci il təvəllüdlü Əliyeva Şəfa Famil qızı və Masallı rayon sakini, 1965-ci il təvəllüdlü Zeynalova Xumraz Feyruz qızıdır.

Onlardan 5-i Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, 4-ü isə müayinə olunduqdan sonra ambulator müalicəyə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.
loading...
XƏBƏR LENTİ
SORĞU