23 apr 10:41hadise

Bakıda dəhşətli yanğın: ev sahibi yanıb kül oldu

Bakıda dəhşətli yanğın: ev sahibi yanıb kül olduXəzər rayonunda ümumi sahəsi 100 m² olan 3 otaq və aynabənddən ibarət evin 1 otağının, aynabəndinin yanar konstruksiyaları 43 m² sahədə və bitişik talvar 15 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Axar.az-a verilən məlumata görə, yanğının kəşfiyyatı zamanı 1961-ci il təvəllüdlü Məmmədov Qurban Məmmədtağı oğlunun meyiti aşkar edilib.

Evin qalan hissəsi və qonşu evlər yanğından mühafizə olunub.

Yanğın söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
loading...
XƏBƏR LENTİ
21-05-2019, 16:35
SORĞU