22 apr 15:00hadise

Burnuna görə 15 gündə 3 dəfə əməliyyat olundu, öldü

Burnuna görə 15 gündə 3 dəfə əməliyyat olundu, öldüBakıda 1992-ci il təvəllüdlü Gülyaz Hacıyeva keçirdiyi burun əməliyyatından sonra dünyasını dəyişib.

Avrasiya.net xəbər verir ki, bu barədə Trend-ə onun yaxınları məlumat verib.

Bildirilib ki, gənc qız özəl klinikaların birində 15 gün ərzində 3 dəfə əməliyyat olunub. İlk əməliyyatını aprelin 3-də keçirən G.Hacıyeva burun çəpərinin əyriliyi və artıq ətdən əziyyət çəkirmiş.

Xanımın sonuncu əməliyyatı aprelin 17-si baş tutub. Sonuncu əməliyyatda gənc qızın qanında laxtalanma olmadığından o, çoxlu qan itirib və bu səbəbdən komaya düşüb.

G.Hacıyeva 18-i gecə saatlarında dünyasını dəyişib.
loading...
XƏBƏR LENTİ
21-05-2019, 16:35
SORĞU