14 apr 11:32hadise

Azərbaycanda dəhşətli hadisədə 3 nəfər öldü – ADLAR

Azərbaycanda dəhşətli hadisədə 3 nəfər öldü – ADLARÖtən gecə İsmayıllıda baş vermiş dəhşətli yol qəzasında ölənlərin sayı 3-ə çatıb.

Publika.az xəbər verir ki, İsmayıllı rayonunun Lahıc qəsəbəsində “BMW” markalı, 90 HK 850 dövlət qeydiyyat nişanlı minik avtomobili yol kənarına aşması nəticəsində sürücü, 1983-cü il təvəllüdlü Allahverdiyev Ramin Yaqub oğlu ilə yanaşı, daha iki sərnişini ölüb.

Belə ki, sərnişinlər – 1986-cı il təvəllüdlü Əliyev İsa Rövşən oğlu və 1979-cu il təvəllüdlü Kərimov Kənan Səyyah oğlu hadisə yerində vəfat edib. Daha bir sərnişin – 1972-ci il təvəllüdlü Seyifov Təyyar Cilovxan oğlu isə xəstəxanaya yerləşdirilib.

Bildirilir ki, avtomobil avtomobildə sərnişin kimi əyləşən Kənan Kərimova məxsus olsa da, dostu Ramin Allahverdiyev idarə edirmiş.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.


02-00

Lahıcda avtomobil yol kənarına aşıb.

FHN-dən verilən məlumata əsasən, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, İsmayıllı rayonunun Lahıc qəsəbəsində “BMW” markalı minik avtomobili yol kənarına aşıb.

Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sürücü və 1 nəfər sərnişinin (şəxsiyyətləri dəqiqləşdirilir) meyitini, yaralı vəziyyətdə olan digər sərnişini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
loading...
XƏBƏR LENTİ
SORĞU
Marneulidə keçiriləcək mer seçkilərində hansı namizədin seçilmə şansı daha çoxdur?
Zaur Darğallı
Əhməd İmamquliyev
Əli Bədirov
Aqil Mustafayev