14 fev 10:50hadise

Arvadından şübhələnən kişi baş kəsdi - Binəqədidə dəhşət

Arvadından şübhələnən kişi baş kəsdi - Binəqədidə dəhşət Bakının Binəqədi rayonunda arvadını xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirli bilinən 1970-ci il təvəllüdlü Tufan Qurbanovun barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə istintaq orqanının təqdimatına baxılıb.

Teleqraf.com xəbər verir ki, Binəqədi rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə baş tutan prosesdə təqdimat təmin edilib.

Tufan Qurbanovun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, fevralın 11-də paytaxt sakini Tufan Qurbanov həyat yoldaşı, 1979-cu il təvəllüdlü Lalə Qurbanovanı boğaz nahiyəsinə bıçaqla çoxsaylı xəsarətlər yetirərək öldürüb.

Polis və prokurorluq əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində cinayəti törədən Tufan Qurbanov saxlanılıb.

O, istintaq verdiyi ifadəsində törətdiyi cinayəti etiraf edib. Bildirib ki, qətli qısqancliq zəminində törədib.

Tufan Qurbanovun ifadəsinə görə, həyat yoldaşının başqa şəxslər münasibətinin olduğundan şübhələnib və əsəblərinə hakim ola bilməyərək onu öldürmək qərarına gəlib. O, evdə xanımına çoxsaylı bıçaq zərbələri endirib və onun öldüyünə əmin olmaq üçün boğazını kəsib.

Qeyd edək ki, ailənin 3 övladı qalıb.

İstintaq orqanı tərəfindən Tufan Qurbanovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Hazırda Binəqədi rayon Prokurorluğunda istintaq hərəkətləri aparılır.
loading...
XƏBƏR LENTİ