12 fev 11:22hadise

Arvadını başqa kişilərlə əlaqəsindən şübhələnib öldürdü

Arvadını başqa kişilərlə əlaqəsindən şübhələnib öldürdüBakı şəhərinin Binəqədi rayonunda qadının həyat yoldaşı tərəfindən amansızlıqla öldürülməsi hadisəsi barədə bəzi məqamlar üzə çıxıb.

Publika.az xəbər verir ki, Binəqədi kəndində fərdi evdə yaşayan 1970-ci il təvəllüdlü Qurbanov Tufan Baba oğlu həyat yoldaşı, 1979-cu ildə anadan olmuş Qurbanova Lalə Həsən qızını qısqanclıq zəminində öldürdüyünü etiraf edib. O bildirib ki, həyat yoldaşının başqa şəxslər münasibətinin olduğundan şübhələnib və əsəblərinə hakim ola bilməyərək onu öldürmək qərarına gəlib.

Tufan Qurbanov evdə xanımına çoxsaylı bıçaq zərbələri endirib və onun öldüyünə əmin olmaq üçün boğazını kəsib.

Qeyd edək ki, ailənin 3 övladı qalıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.
loading...
XƏBƏR LENTİ