11 fev 10:34hadise

Sabirabad polisi 2 nəfəri həbs etdi

Sabirabad polisi 2 nəfəri həbs etdi Su qurğuları və mis naqil oğurlamaqda şübhəli bilinirlər

Sabirabad polisi oğurluqla əlaqədar 2 nəfəri saxlayıb.

DİN Mətbuat Xidmətinin Şirvan şəhərində regional qrupundan AzNews.az-a verilən məlumata görə, fevralın 8-də Sabirabad rayon sakini Azad Soltanov Qaragüney PB-yə ərizə ilə müraciət edərək ona məxsus 1 ədəd su qurğusunun oğurlanması barədə məlumat verib. Məlumatla əlaqədar Qaragüney Polis Bölməsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Sabirabad rayonu Qarağac kənd sakinləri Vüqar Hacıyev və Amil Ələkbərov saxlanılıblar. Ətraflarında aparılan araşdırma zamanı onların bir neçə cinayət əməlində də iştirakının olduğu müəyyən edilib. Belə ki, onların müxtəlif vaxtlarda ayrı-ayrı vətəndaşlara məxsus ümümilikdə 2 ədəd su qurğusu və 20 metr uzunluğunda mis naqili oğurladıqları müəyyən edilib. Oğurladıqları su qurğularının bir qismi maddi sübut kimi götürülüb.

Faktla bağlı Qaragüney PB-də araşdırma aparılır.
loading...
XƏBƏR LENTİ