10 fev 13:40hadise

Sumqayıtda məcburi köçkünlərin evi yandı

Sumqayıtda məcburi köçkünlərin evi yandıSumqayıt şəhərində güclü yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Avrasiya.net-ə verilən məlumata görə, Hacı Zeynalabdin qəsəbəsində ümumi sahəsi 600 m² olan birmərtəbəli, taxta konstruksiyalardan ibarət evlərin (əvvəllər məcburi köçkünlərin məskunlaşdığı, hazırda yaşayış olmayan) yanar konstruksiyaları 300 m² sahədə yanıb.

Evlərin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
loading...
XƏBƏR LENTİ