02 may 19:09hadise

Tovuzda məktəb binasında yanğın - 100 şagird təxliyə olundu (Yenilənib)

Tovuzda məktəb binasında yanğın - 100 şagird təxliyə olundu (Yenilənib)Tovuz rayonunda Alakol kəndində tam orta məktəbin binasında yanğın hadisəsi baş verib.

Avrasiya.net-in Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub. Yanğın yanğınsöndürənlər tərəfindən məhdudlaşdırılıb.

***
18:19

Tovuzda məktəb binası yanır.

Avrasiya.net Kəpəz TV-yə istinadən xəbər verir ki, saat 16:30-dan başlayaraq Tovuz rayonunun Alakol kəndində şəhid Nürəddin Sadıqov adına tam orta məktəbin binasında yanğın başlayıb.

Alovu söndürmək üçün əraziyə 3 yanğınsöndürmə briqadası cəlb olunub. Hələlik yanğını söndürmək mümkün olmayıb.

Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadası bu istiqamətdə iş aparır.

Məktəb binası birmərtəbəli olmaqla 16 sinif otağından ibarətdir. 200 yerlik təhsil ocağında 301 şagird təhsil aldığından məktəb binası iki növbəli fəaliyyət göstərir. Hadisə vaxtı məktəbdə 100-ə yaxın şagird olub və onlar yanğınsöndürmə briqadası tərəfində təxliyyə olunub.
loading...
REKLAM
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ
Bu gün, 13:46