08 dek 16:49hadise

Müstəntiqin öldüyü dəhşətli qəzanın - Videosu

Müstəntiqin öldüyü dəhşətli qəzanın - VideosuKürdəmir rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Avrasiya.net ARB TV-yə istinadən xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil yolunun rayonunun Sığırlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 1958-ci il təvəllüdlü Sığırlı kənd sakini, Əli Seyidağa oğlu Qaybalıyevin idarə etdiyi VAZ-2107 markalı minik avtomobili yol kənarında dayanan yüklə dolu "Qazel"ə çırpılıb. Hadisə nəticəsində Ə.Qaybalıyev hadisə yerində ölüb.

Qey edək ki, Ə.Qaybalıyev Ağsu rayon polis şöbəsində müstəntiq işləyirdi.

Faktla bağlı araşdırma aparılır.
loading...
XƏBƏR LENTİ