06 dek 15:49hadise

Bakıda internatda yaşayan uşaq yoxa çıxdı

Bakıda internatda yaşayan uşaq yoxa çıxdıBakıda internatda yaşayan yeniyetmənin itkin düşməsi ilə bağlı polisə müraciət daxil olub.

Publika.az xəbər verir ki, Ağsu rayon sakini, 1984-cü il təvəllüdlü Hüseynova Əfsanə Vəkil qızı 35-ci Polis Bölməsinə müraciət edərək oğlunun itkin düşdüyünü bildirib. Qadın qeyd edib ki, 14 yaşlı oğlu Pənah İsmayılov Xətai rayonu Əbilov küçəsində yerləşən “SOS Uşaq kəndləri” adlı internat evində yaşayıb. O, noyabrın 25-də saat 10 radələrində internatın ərazisini tərk edib və bir daha geri qayıtmayıb.

Müraciət əsasında araşdırmalar aparılır.
loading...
XƏBƏR LENTİ