21 noy 07:06hadise

Azərbaycanda toydan sonra QANLI DAVA: 1 nəfər güllələndi - TƏFƏRRÜAT

Azərbaycanda toydan sonra QANLI DAVA: 1 nəfər güllələndi - TƏFƏRRÜATO, ağır vəziyyətdə xəstəxanaya çatıdırılıb.

Noyabrın 18-nə keçən gecə Şüvəlanda baş vermiş güllələnmə hadisəsinin təfərrüatları məlum olub.

1986-cı il təvəllüdlü Əliyev Qorxmaz Adil oğlu güllələdiyi 1979-cu il təvəllüdlü Sərvər Quliyevin qardaşı ilə həmin gün bir məclisdə iştirak edib. Belə ki, qohum olan həmin şəxslər Şamaxı rayonuna Qorxmazın dayısı qızının toyuna gedib. Daha sonra onlar avtobusla bir yerdə Bakıya qayıdıblar. Yolda Sərvər Quliyevin ögey qardaşı Anar Hüseynovla Qorxmaz arasında mübahisə baş verib. Bu zaman Qorxmaz Anarı vurub. Avtobus şəhərə çatan kimi həmin şəxslər metronun “20 Yanvar” stansiyası yaxınlığında düşürdülüb. Anar tez Şüvəlana gələrək yolda baş verənlər barədə Sərvərə danışıb. İki qardaş Qorxmazın gəlməsini gözləyiblər və onu yaxalayaraq qisas almaq istəyiblər. Bu zaman Q.Əliyev maşınında olan tapança ilə atəş açıb. Güllə Sərvərin boyun nahiyəsinə tuş gəlib. O, ağır vəziyyətdə xəstəxanaya çatıdırılıb.

Polis tərəfindən saxlanılan Q.Əliyev barəsində Cinayət Məcəlləsinin 29.120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə iş başlanılıb.

Qeyd edək ki, insident zamanı Q.Əliyevlə A.Hüseynov da xəsarətlər alıb.

Araşdırmalar davam etdirilir. (publika.az)
loading...
XƏBƏR LENTİ