20 noy 10:11hadise

Daha bir yol faciəsi: ölənlər var...

Daha bir yol faciəsi: ölənlər var...Siyəzəndə ağır yol nəqliyyat hadisəsi baş verib.

Siyəzən rayonunda “KAMAZ” markalı yük avtomobili və “Mercedes” markalı minik avtomobili toqquşub.

Avrasiya.net FHN-ə istinadən xəbər verir ki, nəticədə 1984-cü il təvəllüdlü Ələkbərov Şamil Əkbər oğlu və Leyla Məmmədova dünyasını dəyişib.

Hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücü, 1984-cü il təvəllüdlü Ələkbərov Şamil Əkbər oğlu və sərnişin, Leyla Məmmədovanın meyitini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıblar.
loading...
XƏBƏR LENTİ