09 noy 13:29hadise

Qusarda qəsəbə icra nümayındəsi avtomobilini gölə aşırdı və boğularaq öldü

Qusarda qəsəbə icra nümayındəsi avtomobilini gölə aşırdı və boğularaq öldüQusar rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un verdiyi məlumata görə, hadisə Qusar-Həzrə yolunun 16-cı kilometrliyində rayonun Yasab kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, rayonun Həzrə kənd sakini, Vəlixan Vəlixanov idarə etdiyi "Opel" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və avtomobili yolun kənarındakı gölə aşırıb.

Nəticədə avtomobilin sürücü V.Vəlixanov suda boğularaq ölüb. Avtomobildə olan daha 3 sərnişin xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, V.Vəlixanov Qusar Rayon İcra Hakimiyyətinin Həzrə kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəsidir.

Faktla bağlı Qusar Rayon Prokurorluğunda araşdırma aparılır.
loading...
XƏBƏR LENTİ