09 noy 10:21hadise

Azyaşlı qardaşlar diri-diri yandı - Şirvanda faciə

Azyaşlı qardaşlar diri-diri yandı - Şirvanda faciəŞirvan şəhərində yanğın hadisəsi baş verib.

Avrasiya.net FHN-ə istinadən xəbər verir ki, hadisə nəticəsində ümumi sahəsi 180 m² olan birmərtəbəli evin 1 otağının və dam örtüyünün yanar konstruksiyaları 40 m² sahəsi yanaraq sıradan çıxıb.

Yanğında 2013-cü il təvəllüdlü Əbilov Məhəmmədəli Ramil oğlu və 2015-ci il təvəllüdlü Əbilov Əliheydər Ramil oğlunun meyitləri yanğınsöndürənlər tərəfindən aşkar edilib.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Yanğının səbəbi araşdırılır.
loading...
XƏBƏR LENTİ