08 noy 15:16hadise

Bakıda poliklinikanı şübhəli qaz iyi bürüdü, həkimlər huşunu itirdi

Bakıda poliklinikanı şübhəli qaz iyi bürüdü, həkimlər huşunu itirdiRespublika Taksikologiya Mərkəzinə aparılan tibb işçilərindən 3-ü evə buraxılıb. Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov bildirib ki, gətirilənlərin hamısı kəskin baş ağrısından şikayətləniblər.

“Tibb işçilərindən əlavə, poliklinikaya gəlmiş 2 nəfər də Respublika Toksikologiya Mərkəzinə aparılıb, amma onlara ilkin tibbi yardım göstəriləndən sonra evə buraxılıblar. Hazırda 4 nəfər qalıb ki, onların da vəziyyəti normaldır, yaxın saatlarda evə göndəriləcəklər”, - Abubəkirov deyib.

Hazırda kəskin iyin səbəbi araşdırılır.

* * *13:57

Nərimanov rayonundakı 8 saylı poliklinikada gözlənilməz hadisə baş verib - binada qaz xətti olmadığı halda ətrafı kəskin qaz iyi bürüyüb. Baş həkim Tamella Kərimova dərhal işi dayandırıb, işçilər təxliyə edilib, bu barədə Fövqəladə Hallar Nazirliyinə və hüquq-mühafizə orqanlarına məlumat verib.

Virtualaz.org-a faktı Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov təsdiqləyib. Onun sözlərinə görə, mühasib də daxil olmaqla 7 nəfər zəhərlənmə diaqnozu ilə Respublika Toksikologiya Mərkəzinə aparılıb. Hazırda onların vəziyyəti normaldır, yardım göstərildikdən sonra evə buraxılacaqlar.

Hhüquq-mühafizə orqanlarının əməkdaşları poliklinikadadırlar, onlar kəskin iyin nədən yarandığını araşdırırlar.
loading...
XƏBƏR LENTİ