15 okt 21:18hadise

Bərdədə 24 yaşlı gəncin meyiti su arxından tapıldı

Bərdədə 24 yaşlı gəncin meyiti su arxından tapıldıBərdə rayonunda su arxından meyit tapılıb.

Avrasiya.net-in "Report"a istinadən məlumatına görə, bu barədə yerli sakinlər hüquq-mühafizə orqanlarına məlumat veriblər.

Meyitin Bərdə rayon sakini, 1994-cü təvəllüdlü Elvin Mehman oğlu İmanlıya məxsus olduğu müəyyənləşib. Üzərində zorakılıq əlamətləri müşahidə edilməyən meyit Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Bərdə rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
loading...
XƏBƏR LENTİ