14 okt 20:23hadise

Gəncədə 6 avtomobil bir-biri ilə toqquşdu - Yaralılar var

Gəncədə 6 avtomobil bir-biri ilə toqquşdu - Yaralılar varHadisə şəhərin girişində qeydə alınıb.

Gəncədə 6 avtomobilin iştirakı ilə zəncirvari avtomobil qəzası baş verib.

Hadisə şəhərin girişində qeydə alınıb.

Bakı-Gəncə marşrut xətti üzrə sərnişin daşıyan avtobus da daxil olmaqla, üç "Mercedes", bir "Nissan" və "QAZ-53" markalı avtomobillər toqquşub. Qəza zamanı 10-a yaxın şəxs xəsarət alıb.

Yaralılardan bir neçəsi xəstəxanaya yerləşdirilib. Digərlərinə hadisə yerində tibbi yardım göstərilib.

Qeyd edək ki, bir müddət əvvəl Bakı-Quba yolunda da zəncirvari qəza baş verib. (Report)
loading...
XƏBƏR LENTİ