11 okt 21:28hadise

80 yaşlı qadın intihar etdi - Zaqatalada

80 yaşlı qadın intihar etdi - ZaqataladaZaqatala rayonunda qoca qadın intihar edib.

Avrasiya.net-in “Report”a istinadən məlumatına görə, hadisə bu gün axşam saatlarında rayonun Aşağı Tala kəndində baş verib.

Belə ki, kənd sakini, təxminən, 75-80 yaş arası Şöhrət Hacımusa qızı Qaracayevanın meyiti yaşadığı evin həyətyanı sahəsində xurma ağacından asılı vəziyyətdə tapılıb.

Araşdırma zamanı Ş.Qaracayevanın intihar etdiyi məlum olub.
Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, son həftə ərzində bu, Zaqatalada ikinci intihar hadisəsidir.
loading...
XƏBƏR LENTİ