18 sen 11:54hadise

Sabirabadda kütləvi dava: 3 nəfər döyüldü, 4 nəfər həbs edildi

Sabirabadda kütləvi dava: 3 nəfər döyüldü, 4 nəfər həbs edildi Sabirabad rayonunda bir qrup şəxs arasında kütləvi dava olub.

Teleqraf.com xəbər verir ki, dünən saat 14 radələrində rayonunun Nizami kəndində 4 nəfər kənd sakini Mahir Hidayətov, Murad Cəbrayılov və onun qardaşı Nicatın qarşısını kəsib.

Həmin şəxslər Hidayətov və Cəbrayılov qardaşlarını döyüblər.

Daha sonra Mahir Hidayətovun velosipedini və mobil telefonunu alıblar.

Hidayətov və Cəbrayılovlar quldurluqla üzləşmələri ilə bağlı Daxili İşlər Nazirliyinin “102 – Zəng Mərkəzi” Xidmətinə müraciət ediblər.

Sabirabad rayon polis şöbəsi əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən rayonun Qaragüney kənd sakinləri Ceyhun Muradov, Xəyal Fətişov və Sakit Nuruşov saxlanılıb.

Cinayətin digər bir iştirakçısı müəyyən edilib, onun tutulması üçün əməliyyat keçirilir.

Faktla bağlı araşdırma aparılır.
loading...
XƏBƏR LENTİ
19-10-2018, 16:36