10 iyl 19:19hadise

Bakı metrosunda həyəcan: Gənc oğlan özünü qatarın altına atıb…

Bakı metrosunda həyəcan: Gənc oğlan özünü qatarın altına atıb…“Əhmədli” metrostansiyasında gənc oğlan özünü qatarın altına atıb.
Bu barədə Lent.az-a “Bakı Metropoliteni”nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

Onun sözlərinə görə, hadisə “Əhmədli” stansiyasının 1-ci yolunda baş verib: “Həmin şəxs saat 17.03-də özünü qatarın altına atıb. Qatarın hərəkəti dayandırılıb.

Metro polisinin iştirakı ilə həmin şəxs çıxarılıb və ona ilkin yardım göstərilərək təcili yardım tərəfindən aparılıb. Üstündə sənəd olmayıb. Özünün dediyinə görə, 1991-ci il təvəllüdlü Kürdəmir rayon sakini Kamil Daşqın oğlu Nuriyevdir”.
loading...
XƏBƏR LENTİ
18-07-2018, 10:57