03 iyl 21:51hadise

Gəncənin icra başçısına silahlı hücum - Mühafizəçisi həlak olub

Gəncənin icra başçısına silahlı hücum - Mühafizəçisi həlak olubGəncənin icra başçısı Elmar Vəliyev hücuma məruz qalıb.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, E. Vəliyev Gəncədə univermağın qarşısında silahlı hücuma məruz qalıb.

Hadisə nəticəsində Elmar Vəliyevin mühafizəçisi həlak olub.

Yaralı icra başçısı Gəncə Mərkəzi Klinik Xəstəxanasına yerləşdirilib.

Əldə edilən sonuncu məlumata görə, Gəncənin icra başçısı Elmar Vəliyevə Yunus adlı şəxsin atəş açdığı məlum olub.

Həmin şəxs artıq həbs edilib.

İcra başçısının yerləşdirildiyi Gəncə Mərkəzi Klinik Xəstəxanasından E. Vəliyevin vəziyyəti ilə bağlı açıqlama verməkdən imtina ediblər.

Hadisənin təfərrüatları dəqiqləşdirilir.
OXŞAR XƏBƏRLƏR
loading...
XƏBƏR LENTİ
SORĞU
Marneulidə keçiriləcək mer seçkilərində hansı namizədin seçilmə şansı daha çoxdur?
Zaur Darğallı
Əhməd İmamquliyev
Əli Bədirov
Aqil Mustafayev