27 iyn 17:21hadise

2 dost marketdə işləyən qadına əxlaqsızlıq təklif etdi və 5 oğlanı... - Goranboyda VƏHŞƏT

2 dost marketdə işləyən qadına əxlaqsızlıq təklif etdi və 5 oğlanı... - Goranboyda VƏHŞƏTGoranboy rayonunda bir nəfəri öldürməkdə, 5 nəfəri bıçaqlamaqda təqsirli bilinən Rəvan İsmayılov və Saləddin Quliyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Publika.az xəbər verir ki, bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Sevindik Əzizovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

İttihama görə, ötən il yanvarın 4-də Goranboy rayonun Dəliməmmədli şəhərində yerləşən “Kral” marketə bir qrup şəxs hücum edib.

Bu zaman marketin əməkdaşları ilə hücum edən şəxslər arasında mübahisə yaranıb. Marketə hücum çəkənlər oradakı əməkdaşlardan 5 nəfərini bıçaqlayıblar.

Bıçaqlanan şəxslərdən biri - Dəlməmmədli şəhər sakini, 1996-cı il təvəllüdlü Zülfüqar Cəbrayılov xəstəxanaya aparılarkən yolda ölüb.

Ağır bıçaq yarası alan digər 4 nəfər - 1995-ci il təvəllüdlü Anar Hatəmi, 1993-cu il Nicat Əliyev, 1995-ci il təvəllüdlü Zeynalabdin Həsənov və 1993-cü il təvəllüdlü Fəxrəddin Məmmədov Gəncə şəhərindəki xəstəxanalara yerləşdiriliblər. Onlara vaxtında tibbi yardım göstərilməsi nəticəsində həyatlarını xilas etmək mümkün olub.

Məlum olub ki, hadisəni Goranboy rayon sakini, 1995-ci il təvəllüdlü Rəvan İsmayılov dostu Saləddin Quliyev ilə birlikdə törədib.

Hadisə marketə hücum edən şəxslərdən birinin orada işləyən qadına əxlaqsız təklif etməsi üstündə baş verib.

İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərin barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə), 29, 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd), 29, 120.2.9-cu (iki və ya daha çox şəxsi öldürməyə cəhd), 127.2.3-cü (ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə sağlamlığa az ağır zərər vurma), 221.3 və 221.2.1-ci (xuliqanlıq) maddələri ilə ittiham elan edilib.

Növbəti proses iyulun 5-də davam edəcək.
loading...
XƏBƏR LENTİ