22 iyn 13:36hadise

Hacıyev və erməni diri-diri yanaraq öldü - Video

Hacıyev və erməni diri-diri yanaraq öldü - VideoMoskvanın Kutuzov prospektində ötən gecə 4 nəfərin ölümünə səbəb olan ağır yol-nəqliyyat hadisəsi baş verib.

Axar.az xəbər verir ki, qəzada həlak olanlar arasında 21 yaşlı erməni Qari Melkonyan da olub.

Məlumata görə, qəza zamanı 5 minik avtomobili toqquşub. Bundan sonra onlardan biri yanmağa başlayıb.

Hadisə şahidlərinin sözlərinə görə, “Mersedes” markalı avtomobil qarşı zolağa çıxaraq oradakı başqa bir avtomobillə toqquşub. Toqquşmanın şiddətindən avtomobillər fərqli istiqamətə düşüblər və hərəkətdə olan digər nəqliyyat vasitələri ilə toqquşublar. Hər iki avtomobilin sürücüsü həlak olub. Qəza nəticəsində məhz “Mersedes” markalı avtomobil alışıb. Erməni sərnişin və avtomobilin sahibi Rəhmətullah Hacıyev hər ikisi yanaraq dünyasını dəyişiblər.
loading...
XƏBƏR LENTİ
Dünən, 13:10