20 iyn 17:39hadise

Lerikdəki zorlanma hadisəsinin detalları məlum oldu – ŞOK TƏFƏRRÜAT

Lerikdəki zorlanma hadisəsinin detalları məlum oldu – ŞOK TƏFƏRRÜATDünən sosial mediada Lerik rayonunda azyaşlı qızın zorlanması ilə bağlı məlumatlar yayıldı.

Hadisənin “Azərişıq” ASC-nin Lənkəran regional idarəsinin sədr müavini Aydın Məmmədovun qardaşı oğlu Elnur Məmmədov tərəfindən törədiyi deyildi. E.Məmmədovun bunu telefonuna çəkdiyi və qızı şantaj etdiyi bildirildi. İddialara görə, zorlanmaya məruz qalan azyaşlı 4 aylıq hamilədir.

Bu gün Lerik RPŞ-dən Minval.info-ya verilən məlumat görə, ümumiyyətlə, Lerikdə belə bir hadisə baş verməyib: “Kimsə sosial şəbəkələrdə ağzına gələni yazıb, hər kəs də buna inanır. Bizə belə bir şikayət daxil olmayıb, həmçinin, polis əməkdaşları araşdırma apardı, məlum oldu ki, yazılanlar yalan məlumatdır. Həm də qeyd edilib ki, müstəntiq Kərimov bu işi ört-basdır edir, ancaq bizdə Kərimov soyadlı müstəntiq belə yoxdur”.

“Bəs azyaşlı qıza qarşı bu cür əməllərin törədilməsi barədə bu qədər məlumat var, atası şikayət etməzsə belə, bu məlumatlar əsas götürülərək araşdırma aparıla bilməzmi?” sualı isə cavabsız qalıb.

Minval.info-nun əldə etdiyi iddiya görə, hadisə Rasim Təhməzovun həyətində yerləşən tövlədə baş verib. Elnur Məmmədov azyaşlını orada zorlayıb və qızın səsinə gələn atası onların hər ikisini döyüb.

Lakin Rasim Təhməzov mediaya açıqlamasında qızının təcavüzə məruz qalması iddialarını yalanlayıb və yumşaq dildə desək deyilənlərlə razılaşmayıb. O, eyni zamanda bu barədə məlumat yayanları qınayıb və təhqir edib.

Hadisədə adı hallanan “Azərişıq” ASC-nin Lənkəran regional idarəsinin sədr müavini Aydın Məmmədov da açıqlamasında iddiaları əsassız sayıb. O, zorlanma məlumatını sosial mediada gündəmə gətirən “Tolışi Sədo” qəzetinin baş redaktoru Rafiq Cəlilovu günahlandırıb və bununla bağlı məhkəməyə müraciət edəcəyini deyib.

Zorlandığı deyilən 13 yaşlı qız S.-in təhsil aldığı Lerik rayon tam orta internat məktəbinin direktoru Asəf Bədəlov isə hadisəni inkar etməyib. O, rayon prokurorluğunda araşdırma aparıldığını söyləyib.

Bütün baş verənlərlə bağlı Minval.info-ya açıqlama verən vəkil Vamiq Şükürov cinayət işinin açılmasının mümkün olduğunu deyib. O, Cinayət Məcəlləsinə əsasən, bu məcəllənin icra olunmasına görə hüquq-mühafizə və polis orqanlarının məsuliyyət daşıdığını qeyd edib: “Cinayət prosessual məcəlləsinə görə, mətbuatda, KİV-də, sosial şəbəkələrdə yayılan məlumatlarda cinayətin törədilməsini göstərən hallar varsa, hüquq-mühafizə orqanlarının müstəntiqləri və polisləri bu məsələyə biganə yanaşa bilməzlər”.

V.Şükürovun sözlərinə görə, burada iki hal özünü göstərə bilər, ya xüsusi ittiham qaydasında zərərçəkən özü şikayət etməlidir ki, araşdırma aparılıb cinayət işi açılsın: “Yox, əgər bu iddialar xüsusi ictimai ittiham cinayət tərkibi qaydasındadırsa, yayılan məlumatlara əsasən, cinayət işi açıla bilər. Cinayət Məcəlləsinin 149-cu maddəsi zorlama ilə bağlıdır. Amma burada ağırlaşdırıcı hal var, çünki bu qız azyaşlıdır. 149.2.3-cu maddədə qeyd edilib ki, təqsirkar üçün aşkar sürətdə yetkinlik yaşına çatmayan şəxsə qarşı zorlama həyata keçirildikdə 5 ildən 10 ilə qədər azadlıqdan məhrum etmə cəzası gözləyir. Uzun sözün qısası, KİV-də azyaşlı qıza qarşı zorlama halı ilə bağlı məlumat varsa, şikayət və ya xüsusi məlumatın daxil olmasını gözləmədən, araşdırma aparılıb, cinayət işi açıla bilər”.

Məsələ ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin informasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov bildirib ki, hadisənin doğru olub-olmaması araşdırılır.
loading...
XƏBƏR LENTİ
14-07-2018, 11:46
14-07-2018, 11:32