20 apr 13:59hadise

Bakıda sərnişin avtobusu qəza törətdi: yaralılar var

Bakıda sərnişin avtobusu qəza törətdi: yaralılar varBakıda sərnişin avtobusunun iştirakı ilə yol qəzası baş verib. Lent.az-ın məlumatına görə, Sabunçu rayonu ərazisində, Zabrat-Maştağa yolunda “Daewoo” markalı, 10 TC 713 dövlət qeydiyyat nişanlı sərnişin avtobusu ilə “Daewoo Damac” markalı minik avtomobili toqquşub. Nəticədə 56 yaşlı kişi və 38 yaşlı qadın, eləcə də 3 və 1 yaşlı iki oğlan uşağı müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar 3 saylı şəhər xəstəxanasına yerləşdirilib. Faktla bağlı Sabunçu rayon Polis İdarəsində araşdırma aparılır.
Reklam
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ
Dünən, 21:47