20 iyn 10:18hadise

Azərbaycanda məmur oğlu 13 yaşlı qızı dəfələrlə zorlayaraq şantaj etdi (İDDİA)

Azərbaycanda məmur oğlu 13 yaşlı qızı dəfələrlə zorlayaraq şantaj etdi (İDDİA)Lerik rayonunda azyaşlının zorlanması ilə bağlı sosial mediada məlumat yayılıb.

BAKU.WS xəbər verir ki, bu barədə Azər Kazımzadə adlı şəxs tərəfindən “Facebook” səhifəsində yayılıb. Daha sonra bu barədə məlumatlar bir çox sosial şəbəkə istifadəçisi yayıb.

“Aydın Məmmədov əvvəllər Lerik İşıq İdarəsinin rəisi olub. İndi “Azərişıq”-ın Lənkəran regionu üzrə rəis müavini işləyir. Qardaşı oğlu həm də onun sürücüsüdür. Onun adı Elnur Elman oğlu Məmmədovdur. Onun 25 yaşı var və orta təhsillidir. Həmin şəxs 4 ay əvvəl qızı zorlayıb. Atası bu biabırçılığa görə rayondan qaçıb”, - bu barədə bildirib.

Məlumata görə, 7-ci sinif şagirdi Z.O-nun (ad şərtidir) dərs zamanı ürəkbulanması olub. Zəhərlənməsindən şübhələnən valideynləri onu xəstəxaya aparıb və orada dəhşətli nəticə ilə üzləşiblər. 13 yaşlı qızın hamilə olduğu məlum olub. 7-ci sinif şagirdininin verdiyi məlumata görə, onu dəfələrlə şantaj edərək zorlayıblar. Deyilənə görə, həmin şəxsin əmisi vəzifədə olduğu üçün rayon prokurorluğunun əli ilə cinayəti ört-basdır etmək istəyir. Bu hadisə üzə çıxandan sonra oğlan qızı qaçırıb.

Sosial media istifadəçiləri bununla bağlı Daxili İşlər naziri Ramil Usubov və Baş Prokuror Zakir Qaralova müraciət ünvanlayıblar: “Bu gün sosial şəbəkələrdə yayılan bu biabırçı hadisəni qınayırıq və hüquq mühafizə orqanlarından dərhal bu məsələni araşdırmağa çağırırıq. Əmisi vəzifədə olduğu üçün rayon prokurorluğunun əli ilə cinayəti ört-basdır etmək istəyir. Buna imkan verməyin”.

Məsələ ilə bağlı Lerik rayon Prokurorluğu ilə əlaqə saxladıq. Lerik rayon prokurorunun köməkçisi Şirxan Fərəcov BAKU.WS-ə açıqlamasında bildirdi ki, bu barədə heç bir araşdırma aparılmır. Onun sözlərinə görə, qızın zorlanması ilə bağlı prokurorluğa heç bir şikayət daxil olmayıb.

“Prokurorluğa yazılı və şifahi heç bir məlumat daxil olmayıb. Bu səbəbdən də, məsələ ilə əlaqədar prokurorluqda heç bir araşdırma aparılmır. Əgər şikayət yoxdursa, sosial şəbəkələrdə nə deyilməsindən asılı olmayaraq, cinayət işi qaldırıla bilməz”, - deyə Şirxan Fərəcov bildirib.
Azərbaycanda məmur oğlu 13 yaşlı qızı dəfələrlə zorlayaraq şantaj etdi (İDDİA)
loading...
XƏBƏR LENTİ
14-07-2018, 11:46
14-07-2018, 11:32