19 iyn 19:06hadise

Bakıda dindar biznesmenlər arasında qanlı dava – Bıçağı götürüb boğazını kəsdi – VİDEO

Bakıda dindar biznesmenlər arasında qanlı dava – Bıçağı götürüb boğazını kəsdi – VİDEOBakıda dindar biznesmenlər arasında qanlı dava olub.

Dava bir neçə gün əvvəl Nərimanov rayonu ərazisində baş verib və İran vətəndaşı bıçaqlanıb. Dava edən şəxslər həmin ərazidə ətir biznesi ilə məşğul olan şəxslərdir. Onların mübahisəsi ilə qiymətin baha olması üstündə yaranıb. Daha sonra mübahisə əlbəyaxa davaya keçib. Dava edən şəxslərdən biri qaçaraq maşınında bıçağı götürüb və qarşısına çıxan şəxsə xəsarət yetirir.

Nərimanov rayon Polis İdarəsindən Criminal.az saytına verilən məlumata görə, dava plastik ətriyyat qabları istehsal edən sexin qarşısında baş verib. Dava edənləri sakitləşdirmək istəyən iranlıya bıçaq xəsarəti yetirilib.

Hazırda iranlını bıçaqlayan şəxsin tutulması istiqamətində əməliyyat-istintaq tədbirləri görülür. // Criminal.az
loading...
XƏBƏR LENTİ
14-07-2018, 11:46
14-07-2018, 11:32