17 iyn 10:11hadise

Binəqədi sakinləri taksi sürücüsünü döydü

Binəqədi sakinləri taksi sürücüsünü döydüBakıda piyadanı vurub qaçan sürücü sakinlər tərəfindən döyülüb.

"Report"un məlumatına görə, hadisə Binəqədi rayonunda baş verib.

Binəqədi qəsəbəsində yolu keçmək istəyən 2003-cü il təvəllüdlü Orucov Elton Eldar oğlunu "Mercedes" markalı avtomobil vurub. Hadisə şahidlərinin dediyinə görə, sürücü sərxoş vəziyyətdə olduğundan qəzanın baş verdiyi ərazidən qaçıb. Ancaq o, taksi ilə izlənilərək saxlanılıb və döyülüb. Buna baxmayaraq, sürücü avtomobilini tərk edərək qaçmaqla gizlənə bilib.

Yaralı piyada xəstəxanaya yerləşdirilib.

Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları avtomobili cərimə meydançasına yerləşdirib.

Sürücü isə axtarışdadır.
loading...
XƏBƏR LENTİ
14-07-2018, 11:46
14-07-2018, 11:32