11 iyn 10:20hadise

Saatlıda pambıqçılar kütləvi zəhərləndi, 4-ünün vəziyyəti ağırdır

Saatlıda pambıqçılar kütləvi zəhərləndi, 4-ünün vəziyyəti ağırdırSaatlıda tarlada işləyən şəxslər zəhərlənib.

Hadisə rayonun Smada kəndi ərazisində qeydə alınıb.

Belə ki, pambıq tarlasında işləyən 21 işçi zəhərlənmə diaqnozu ilə Saatlı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hətta onlara yardım göstərən feldşer, 1988-ci il təvəllüdlü Mehdiyev Hikmət Mirəli oğlu da zəhərlənib.

İlkin məlumata görə, işçilərin pambıq tarlalarında alaq otlarına qarşı mübarizə aparmaq məqsədi ilə "Formula 5-FEC" kimyəvi dərmanından zəhərləndikləri bildirilir. Artıq bununla bağlı bütün aidiyyəti orqanlara məlumat verilib.

Zəhərlənən işçilərdən 4-ü Bakıya göndərilib.

Ötən gecə zəhərlənənlərlə bağlı Bakı şəhərindən bir qrup həkim Saatlı Rayon Mərkəzi Xəstəxanasına ezam olunub.

Həkimlər xəstəxanada yerləşdirilən xəstələrin vəziyyəti ilə tanış olaraq onlara lazımi tibbi yardımlar göstəriblər. Onların məsləhəti ilə 4 zərərçəkən Bakıya göndərilib.

Faktla bağlı araşdırma aparılır. (Report)

loading...
XƏBƏR LENTİ
Bu gün, 15:30