24 may 09:47hadise

Qaxda çobanı ilan vurdu

Qaxda çobanı ilan vurduQaxda çobanı ilan sancıb.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, mayın 23-ü saat 18.00 radələrində Qax rayonu Acınohur qışlağında çobanlıq edən, Zaqatala rayonu Dağlı kənd sakini, 1993-cü il təvəllüdlü İbrahim Fərhad oğlu Mehdiyevin sol ayağın pəncə nahiyəsindən ilan sancıb. Fərhad Mehdiyevə Qax Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsində lazımi ilkin tibbi yardım göstərildikdən sonra vəziyyətini ağır olduğu üçün müayinə və müalicəsini davam etdirmək üçün Respublika Toksikologiya Mərkəzinə göndərilib.

Qeyd edək ki, mayın 23-ü axşam saatlarında ilan sancması ilə Şəki Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən rayonun Qoxmuq kənd sakini, 53 yaşlı Şəhla Qurbanəli qızı Salmanova da gecə saatlarında müayinə və müalicəsini davam etdirmək üçün Respublika Toksikologiya Mərkəzinə göndərilib.
loading...
XƏBƏR LENTİ