16 may 12:44hadise

Masallıda 20 yaşlı gəlin intihar etdi

Masallıda 20 yaşlı gəlin intihar etdi Masallı rayonunda 20 yaşlı gəlin intihar edib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə dünən rayonun Kübün kəndində baş verib. 1998-ci il təvəllüdlü Nəzərova Aytən Mirdamət qızı özünü asaraq intihar edib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, istintaq davam etdirilir.

Qeyd edək ki, Nəzərova Aytən bir uşaq anası idi.
loading...
XƏBƏR LENTİ