17 apr 08:41hadise

Sumqayıtda bina yandı - 18 nəfər təxliyyə olundu

Sumqayıtda bina yandı - 18 nəfər təxliyyə olunduSumqayıt şəhərində çoxmənzilli yaşayış binasında yanğın baş verib.

Avrasiya.net Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, yanğın nəticəsində vətəndaşa məxsus ümumi sahəsi 60 kvadrat metr olan 4 otaqlı mənzilin 1 otağında ev əşyaları 20 kvadrat metr sahədə və 1 ədəd kondisioner yanıb. Yüksək temperaturdan dəhlizin lambirindən ibarət tavanı 5 kvadrat metr sahədə əriyib.

Yanğın zamanı mənzillərdən 18 nəfər bina sakini təhlükəsizlik tədbirlərinin təmin edilməsi məqsədilə yanğınsöndürənlər tərəfindən mənzillərdən çıxarılıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Alov saat 18:55-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
loading...
REKLAM
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ
Bu gün, 13:46